Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Ölkəmizdə koronaya yoluxma kəskin azaldı

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 44 yeni yoluxma faktı qeydə alınıb, 102 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 3 nəfər COVİD-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 231 198 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 225 348 nəfər müalicə olunaraq sağalıb, 3 161 nəfər vəfat edib. Hazırda 2 689 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 567, bu günə qədər isə ümumilikdə 2 45 66 50 test icra olunub.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə