Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut
"Onun bu açıqlaması qarışqadan fil düzəltməyə meylli olanlara yeni bir mövzu verib..."

"Güman edirəm ki, həmkarımız Erkin Qədirli o sözləri zarafatyana deyib və belə rezonans yarada biləcəyini ehtimal etməyib".
 
Bu sözləri mətbuata açıqlamasında millət vəkili Cavanşir Feyziyev deyib.
 
Onun sözlərinə görə, Erkin Qədirli çox ciddi görünməklə yanaşı həm də güclü yumor hissinə malikdir:
 
"Zənnimcə, jurnalist onun yumorunu anlamayıb və ciddi qəbul edib. Nəticədə qarışqadan fil düzəltməyə meylli olanlar üçün yeni bir mövzu tapılıb. Əminəm ki, hər bir deputat məhz demokratik seçkilər yolu ilə mandat qazanıb". 
 
"O başqa məsələdir ki, seçkiləri uduzmuş digər namizədlərdən bəziləri məğlubiyyətlə barışa bilmir və ömürlük düşmənə çevrilir. Nə qədər ki, onun rəqibi deputatdır, mətbuatda ona qarşı əks-təbliğat kampaniyası aparır və nəticədə  onun demokratik yolla seçilməməsi haqqında şübhələr formalaşdıra bilər. Bu da azad mətbuatın yan fəsadlarından biridir. Amma bu heç də həqiqət demək deyil" - deyə, millət vəkili vurğulayıb.
Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə