Operqərargah toplanır: Məktəblər açıla bilərmi?
Bu gün saat 17:00-da nazirlər Kabineti yanında Operativ Qərargahın təhsillə bağlı keçiriləcək brifinqi mətktəblərdə tədrisin başlanması məsələsini gündəmə gətirib. İlkin yumşalmanın ardınca məktəblərdə tədris bərpa oluna bilərmi?
Bu barədə mətbuta açıqlama verən ölkəmizin baş infeksionisti Cəlal İsayev deyib ki, məktəblərin açılması hələ təhlükəlidir.
“Ancaq hazırda duruma baxılır, vəziyyət dəyərləndirirlir. Mayın 4-dən sonra bu barədə düşünmək olar”, - C.İsayev bildirib.
C.İsayev qeyd edib ki, mayın 4-nə qədər durum indiki kimi davam edərsə, məktəblərin açılması gündəmə gələ bilər:
“Ancaq mən istənilən halda məktəblərin belə tezliklə açılmasının tərəfdarı deyiləm. Mayın 15-20-dən sonra məktəblərin açılması barədə düşünmək olar. O zaman artıq müəyyən mənada epidemiyanın gedişatı xeyli aydınlaşacaq. Ondan sonra qəti qərar qəbul etmək olar ki, məktəblər açılsın, ya yox”.