Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Ötən gün yolda 2 nəfər öldü - Nazirlik

Ötən gün yolda iki ölüm hadisəsi qeydə alınıb.

Axar.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova qeyd edib.

O bildirib ki, ölənlərdən biri 48 yaşlı Oleq Abramovdur və o, “Koroğlu” metrostansiyasının qarşısında dünyasını dəyişib. Digər şəxs isə Günəşli qəsəbəsində avtobusda dünyasını dəyişən 73 yaşlı sakindir.

S.Əhmədova hər iki şəxsin ürəktutmasından vəfat etdiyini deyib.

Avtomobildə iki uşağın dünyasını dəyişməsi, yaxud yolda günvurmadan bir nəfərin ölməsi ilə bağlı səsləndirilən fikirlərin əsassız olduğunu vurğulayan nazirlik rəsmisi yay mövsümü başlayandan günvurma ilə bağlı heç bir ölüm faktının qeydə alınmadığını bildirib.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə