Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Pakistan: İranla sərhədi gücləndiririk

Pakistan ordusu İranla sərhəddə təhlükəsizliyin müasir qurğulardan istifadə edərək, sürətli templərlə möhkəmləndirilməsinə davam edir.

Xeberinmerkezi.az xəbər verir ki, bunu Pakistan ordusunun general-mayoru Babar İftixar deyib. O, İranla sərhəddə idarəetmə sistemini modernləşdirdiklərini bildirib.

İftixar, həmçinin Əfqanıstanla sərhədin gücləndirildiyini və ərazisindən qonşularına qarşı fəaliyyətə imkan verilməyəcəyini söyləyib.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə