Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Paris-2024: Boksçumuz dörddə birə yüksəldi



Azərbaycanın boksçusu Murad Allahverdiyev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında ilk görüşünə çıxıb.

Xeberinmerkezi.az Report-a istinadən xəbər verir ki, 80 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində misirli Abdelrahman Abdelcavvadla üz-üzə gəlib.

Rəqibini üstələyən idmançımız 1/4 finala adlayıb. O, bu mərhələdə avqustun 2-si, qazaxıstanlı Nurbek Oralbayla üz-üzə gələcək.

Qeyd edək ki, daha əvvəl Azərbaycanın digər boksçusu Alfonso Dominqes 1/4 finala yüksəlmişdi.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə