Paşinyanı “başsız qoydular” - FOTO
Ermənistanda naməlum şəxslər ölkənin baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın Vanadzor-Gümrü yolundakı addımlayan heykəlinin başını kəsiblər.
Oxu.Az xəbər verir ki, bu haqda “Novosti-Armeniya” məlumat yayıb.
Sosial şəbəkələrdə yayılmış fotoşəkillərdən heykəlin başsız qaldığını görmək olur.
Xatırladaq ki, dekabrın əvvəlində “Mənim addımım” adlandırılan və Nikol Paşinyanın Gümrüdən yürüşünü simvolizə edən hekyəlin ayağının bir hissəsi oğurlanmışdı.