Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Patruşevlə Sallivan görüşdü: Sammitə hazırlıq gedir

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan arasında Cenevrədə görüş olub.

Xeberinmerkezi.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurası aparatının mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Patruşevlə Sallivanın görüşü Rusiya-Amerika sammitinin hazırlanmasında mühüm mərhələ olub.

Bildirilib ki, sammitin tarixi və yeri daha sonra ictimaiyyətə açıqlanacaq.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə