Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Prezident Administrasiyası: ErmənistanınTürkiyəyə təzyiq cəhdləri uğursuzluğa məhkumdur 

Ermənistanın və erməni diasporunun bir sıra qərb ölkələrinin parlamentləri vasitəsilə Türkiyəyə təzyiq cəhdləri uğursuzluğa məhkumdur.

Bunu Trend-ə özəl olaraq Türkiyə Prezidenti Administrasiyasından deyiblər.

Məlumatda qeyd olunur ki, Ermənistan qondarma “soyqırımı” barədə uydurmaları ilə Türkiyəyə təzyiq göstərmək iqtidarında deyil.

Administrasiyadan bildiriblər ki, Ermənistan 1915-ci il hadisələrinin “erməni soyqırımı” olması barədə heç bir sübut təqdim edə bilmir:

“Bir sıra qərb ölkələrinin parlamentlərinin 1915-ci il hadisələrinin “erməni soyqırımı” kimi qəbul etməsi, o hadisələr barədə həqiqətin aşkar olunmasına mane olur”.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə