Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Prezident İşsizlikdən sığorta fondunun gəlirləri və xərclərini təsdiqləyib

Prezident İlham Əliyev “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” qanunu imzalayıb. 

AZƏRTAC-ın məlumatına görə, qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minəcək. 

Maddə 1. Büdcənin ümumi göstəriciləri

İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsinin gəlirləri 128 235 400,0 manat, xərcləri 128 235 400,0 manat məbləğində təsdiq edilir.

Maddə 2. Gəlirlər

Müəyyən edilsin ki, 2020-ci ildə İşsizlikdən sığorta fondunun gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır:

 Gəlirlərin mənbələriMəbləğ (manatla)
1İşsizlikdən sığorta üzrə sığorta haqları, cəmio cümlədən:111 869 600,00
1.1.büdcədən maliyyələşən təşkilatlar üzrə17 834 800,0
1.2.büdcədən maliyyələşən təşkilatlarda işləyənlər üzrə17 834 800,0
1.3.qeyri-büdcə sektoru üzrə76 200 000,00
2.Sair gəlirlər30 000,00
3.2019-cu ilin sonuna İşsizlikdən sığorta fondunun istifadə olunmamış vəsaiti16 335 800,0


Maddə 3. Xərclər

Müəyyən edilsin ki, İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsinin xərcləri aşağıdakı istiqamətlərdə həyata keçirilir:

 Xərclərin istiqamətləriMəbləğ (manatla)
1.İşsizliyə görə sığorta ödənişləri5 000 000,00
2.Peşə hazırlığı və əlavə təhsilin təşkili5 000 000,00
3.Peşə yönümünə dair məsləhət xidmətlərinin göstərilməsi2 000 000,00
4.Əmək yarmarkalarının, əmək birjalarının təşkili500 000,00
5.Haqqı ödənilən ictimai işlərin təşkili2 000 000,00
6.Özünüməşğulluq tədbirlərinin təşkili63 735 400,00
7.Sığortaolunanların əməkhaqqının müəyyən hissəsinin müəyyən müddətə (3 ay, 6 ay, 9 ay, 1 il) sığortaedənlərlə birlikdə maliyyələşdirilməsi3 000 000,00
8.Peşə standartlarının hazırlanması2 000 000,00
9.Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) aparatının və onun yerli orqanlarının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) saxlanılması xərcləri43 000 000,00
10.Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların məşğulluğunun təmin olunması üçün əlavə iş yerlərinin və ixtisaslaşdırılmış müəssisələrin yaradılması və məqsədli proqramların həyata keçirilməsi1 000 000,00
11.Qanunla əmək hüququnun həyata keçirilməsi üçün nəzərdə tutulmuş digər aktiv məşğulluq tədbirləri1 000 000,00

Maddə 4. Qalıqlardan istifadə

İlin sonuna İşsizlikdən sığorta fondunun istifadə olunmamış vəsaitləri növbəti ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilir.

Maddə 5. Qanunun qüvvəyə minməsi

Bu Qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə