Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Prezident xalq artistini ''Şöhrət'' ordeni ilə təltif etdi

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Yalçın Vasif oğlu Adıgözəlovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

Bununla bağlı AZƏRTAC məlumat yayıb. 

Sərəncama əsasən, Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə Yalçın Vasif oğlu Adıgözəlov “Şöhrət” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Y.Adıgözəlov dirijor, Bakı Musiqi Akademiyasının dirijorluq kafedrasının professoru, Azərbaycan Respublikasının Xalq artistidir.

Noyabrın 4-də Y.Adıgözəlovun 60 yaşı tamam olur.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə