Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

PSJ Messiyə ödəyəcəyi fantastik məbləği AÇIQLADI


“Barselona”nın sabiq kapitanı Lionel Messi ilə “Pari Sen-Jermen” (PSJ) arasındakı müqavilənin şərtləri məlum olub.

Bu barədə sports.ru xəbər verib.

Bildirilir ki, 34 yaşlı argentinalı hücumçu Paris klubu ilə 2023-cü ilin yayına qədər bir mövsüm uzadılması şərti ilə müqavilə imzalayacaq.

Mənbənin sözlərinə görə, Messinin PSJ-dəki maaşı bonuslar daxil olmaqla ildə 50 milyon avro olacaq.

Qeyd edək ki, bundan əvvəl PSJ Messi ilə danışıqları bitirdiyini elan etmişdi.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə