PSJ yeni baş məşqçisi ilə müqavilə imzaladı
Luis Enrikenin PSJ-nin yeni baş məşqçisi olacağı dəqiqləşib.
İtalyan insayder Fabritsio Romanonun yaydığı məlumata görə, Fransa klubu 53 yaşlı ispaniyalı mütəxəssislə iki illik müqavilə imzalayıb.
Qeyd edək ki, son olaraq İspaniya millisini çalışdıran Luis Enrike 2022-ci ilin dekabrından işsiz idi.
PSJ baş məşqçisi Kristofer Qaltye ilə yollarını ayırıb.
Paris təmsilçisinin rəsmi saytının yaydığı məlumata görə, 57 yaşlı mütəxəssisin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.
Qeyd edək ki, fransalı baş məşqçi ötən ilin yayında klubla iki illik sözləşmə imzalamışdı.
PSJ-nin yeni baş məşqçisinin ispaniyalı Luis Enrike olacağı gözlənilir.