Putin elə bilir ki, cəsarətimiz çatmayacaq - Conson
Əgər Putinə qətllərdən yayınmaq və Avropanın sərhədlərini güc yolu ilə dəyişdirmək imkanı verilsə, o bunu edəcək.
Bu sözləri Böyük Britaniyanın sabiq baş naziri Boris Conson deyib.
“Rusiya-Ukrayna müharibəsinin növbəti bir neçə ayı çətin olacaq. Putin hesab edir ki, mülayim avropalı siyasətçilərin döyüşməyə cəsarəti çatmayacaq. Bu qış biz sanksiyaları dayandırıb, Rusiya nefti və qazı üçün yalvarmağa başlayacağıq. O inanır ki, biz Ukraynanı dəstəkləməkdən yorulacağıq və ukraynalıları Kreml tiranı ilə müqavilə imzalamağa məcbur edəcəyik. Bu, dəlilik olardı. Bu amansız qol güləşində Ukrayna xalqı qalib gələcək”, - Conson bildirib.