Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Putin ilk dəfə danışdı: Ərdoğanın azovçuları verməsi...



Türkiyə ilə Rusiya arasında "Azov" komandirlərinin Türkiyədə qalması ilə bağlı razılaşma vardı.

Bunu Rusiya Prezidenti Vladimir Putin "Azov"un 5 komandirinin Ukraynaya təhvil verilməsinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla münasibətlərə necə təsir göstərməsi ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Razılaşmalar olub, başqa şərh olmayacaq”, - Putin vurğulayıb.

Qeyd edək ki, Ukrayna lideri Zelenski Türkiyədən səfərdən qayıdarkən “Azov”un 5 komandirini də özü ilə Kiyevə aparıb. Əsirlərin Rusiyadan azad edilməsi ilə bağlı qərara əsasən isə münaqişə başa çatana qədər “Azov” komandirləri Türkiyədə qalmalı idi.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə