Putinlə Bayden arasında bu razılaşmalar oldu - Kosaçev
Rusiya Prezidenti Vladimir Putinlə amerikalı həmkarı Co Baydenin görüşünü səmərəli hesab etmək olar. Strateji təhlükəsizlik, kiber təhlükəsizlik və səfirlərin geri qaytarılması mövzusunda məsləhətləşmələrə dair razılaşmalar əldə olunub.
Xeberinmerkezi.az xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçev deyib.
"İndi konkret nəticələrə bənzəyən şey - səfirlərin geri qaytarılması, strateji təhlükəsizlik, kibertəhlükəsizliyə dair məsləhətləşmələrdir. Bunlar görüşün məhsuldar olduğunu düşünmək üçün kifayətdir", - Kosaçev bildirib.