Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Qadın şahmat millimiz erməniləri məğlub edib Avropa çempionatının medalını qazandı

Gürcüstanın Batumi şəhərində keçirilən şahmat üzrə milli komandalar arasında Avropa çempionatında qadın yığmamız bürünc medal qazanıb.

Xeberinmerkezi.az xəbər verir ki, millimiz sonuncu turda prinsipial görüşdə Ermənistanı 2,5:1,5 hesabı ilə məğlub edib.

Günay Məmmədzadə qələbə qazanıb. Digər üç şahmatçımız isə heç-heçə edib. Bu nəticə ilə komandamız 13 xal qazanıb və 27 il sonra Avropa çempionatının bürünc medalını qazanıb. Rusiya Avropa çempionu olub, meydan sahibi Gürcüstan isə qitə birinciliyinin gümüş medalına yiyələnib.

Kişilərin yarışında isə millimiz Sloveniyaya 3:1 hesabı ilə qalib gəlib.

Gürcüstanın Batumi şəhərində keçirilən şahmat üzrə kişi və qadın milli komandalar arasında Avropa çempionatı bu gün yekunlaşacaq.

Xeberinmerkezi.az xəbər verir ki, medal şansını dünən tamamilə itirən, doqquz xalla 12-ci olan kişi millimiz bu tur formal əhəmiyyət kəsb edən görüşə çıxacaq.

Millimizin rəqibi turnirin reytinqinə görə 19-cu komandası olan Sloveniyadır. Formal xarakterli görüş olduğundan, bu matçda komandamızın lideri Şəhriyar Məmmədyarov oynamayacaq.

Xatırladaq ki, Şəhriyar keçirdiyi yeddi görüşün hamısında nə qalib gəlib, nə də məğlub olub. Qrossmeysterimiz bütün görüşlərdə heç-heçə edib.

Medal şansları olan qadın millimiz isə bu gün prinsipial görüşə çıxacaq. 12 xalla 3-cü sırada olan millimiz turnirin reytinqinə görə 13-cü komandası Ermənistanla qarşılaşacaq. Ancaq onu da bildirək ki, Ermənistan da 11 xalla 4-cü sıradadır. Bu səbəbdən bu görüşdə qalib gələn tərəf Avropa çempionatının medallarını qazanacaq. Əslində, komandamız bu qələbə sayəsində gümüş medalları da qazana bilər. Amma 2-ci sıradakı Gürcüstanın Gürcüstan-2 komandasına uduzacağı inandırıcı görünmür.

Artıq yığmamızın ermənilərə qarşı heyəti də bəllidir. Günay Məmmədzadə ağ fiqurlarla Lilit Mkrtçyanla qarşılaşacaq. Xanım Balacayeva qara fiqurlarla Elina Danielyanla görüşəcək. Ülviyyə Fətəliyeva ağ fiqurlarla Mariya Qevorqyanı məğlub etməlidir. Hələ məğlubiyyət üzü görməmiş Gülnar Məmmədova isə dördüncü lövhədə qara fiqurlarla Anna Sarqsyanı məğlub etməyə çalışacaq.

Qeyd edək ki, qadın millimiz bir dəfə Avropa çempionatında medal qazanıb. Bu, uzaq 1992-ci ildə Macarıstanın Debretsen şəhərində keçirilən qitə birinciliyində olub. Komandamız onda bürünc medal qazanmışdı.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə