Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut
Qar uçqununda həlak olan hərbçimiz dəfn olundu

Müdafiə Nazirliyinin qar uçqununa düşərək həlak olan hərbi qulluqçularından birinin nəşi doğulduğu Qazax rayonuna aparılıb.

 

Modern.az-ın məlumatına görə, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmətdə olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, gizir Hafiz Abdullayev doğulduğu Qazax rayonu Yuxarı Salahlı kəndində kənd qəbiristanlığında dəfn olunur.

 

Xatırladaq  ki, ötən ay Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmətdə olan Azərbaycan Ordusunun iki hərbi qulluqçusu - gizir Abdullayev Hafiz Məhəd oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədov Fərrux Fərman oğlu mövqe istiqamətində hərəkət edərkən qar uçqununa düşüblər. Aparılan axtarışlar nəticəsində onlardan birinin - H.Abdullayevin nəşi tapılıb.

 

Hafiz Abdullayev ailəli idi, 3 övladı var.

 

Qeyd edək ki, qar uçqununa düşən digər hərbçimizin axtarışları davam edir.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə