Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

"Qarabağ" "Ludoqorets"ə məğlub olub

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində bu gün baş tutacaq “Qarabağ” – “Ludoqorets” (Bolqarıstan) matçının start heyətləri açıqlanıb.

 Xeberinmerkezi.az  xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionuna keçiriləcək matç saat 20:00-da başlayacaq.

Komandalar aşağıdakı heyətlə meydana çıxacaqlar:

Qarabağ: Fabian Buntiç, Marko Veşoviç, Bəhlul Mustafazadə, Kevin Medina, Toral Bayramov, Julio Romao, Marko Yankoviç, Leandro Andrade, Yassin Benzia, Abdullah Zubir, Juninyo.

Ludoqorets: Hendrik Bonmann, Anton Nedyalkov, Olivye Verdon, Diniş Almeyda, Son, Pedro Naressi, Deroy Duarte, Yakub Pyotrovski, Kayo Vidal, Dua Kvadvo, Bernard Tekpetey.

***

"Qarabağ" - "Ludoqorets" qarşılaşması start götürdü.

***

Qarşılaşmanın ilk hissəsi qolsuz bərabərliklə yekunlaşdı: 0-0.

***

Matçda ikinci hissə oynanılır.

***

Almeyda 56-cı dəqiqədə "Ludoqrets"i hesabda önə keçirdi: 0-1.

***

65-ci dəqiqədə Juninyo hesabı bərabərləşdirdi: 1-1.

Vidal 87-ci dəqiqədə komandasını hesabda önə keçirdi: 1-2.

Vidal 90-cı dəqiqədə "Ludoqrets"i azlıqda qoydu.

"Qarabağ" "Ludoqrets"ə 2-1 məğlub oldu. Cavab görüşü bir həftə sonra rəqib meydanında keçiriləcək.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə