Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Qarabağa terrorçu göndərən “Abxaz”ın bazası vuruldu

Donetskdə “Pyatnaşka” terror birləşməsinin yerləşdiyi baza vurulub.

Bu barədə Luqansk vilayət administrasiyasının rəhbəri Sergey Qayday məlumat verib.

“Hazırda Luqanskda döyüşən məşhur “Pyatnaşki” beynəlmiləl quldur dəstəsinin bazası yanır. Çoxlu sayda ölü və yaralı var, texnikalar məhv edilib”, - Qayday bildirib.

Qeyd edək ki, “Pyatnaşka” terrorçu dəstəsinin rəhbəri məşhur terrorçu “Abxaz” ləqəbli Axra Avidzbadır. İkinci Qarabağ müharibəsi zamanı Avidzba Abxaziyadakı Baqramyan batalyonunun keçmiş üzvlərinin iştirakı ilə xüsusi batalyon yaradaraq Qarabağa göndərmişdi.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə