Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut


 Qarabağda şəhid olan hərbçimiz dəfn olundu

Bu gün Tərtər rayonu istiqamətində düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Xəlilov Elşən Vüqar oğlu torpağa tapşırılıb.

"Report" xəbər verir ki, dəfn mərasimində rayon rəhbərliyi, idarə və təşkilatların əməkdaşları, əsgərin hərbçi yoldaşları və yerli sakinlər iştirak ediblər.

Qeyd edək ki, 2000-ci il təvvəllüdlü Elşən Xəlilov Gədəbəy rayonunun İnəkboğan kənd inzibati ərazi dairəsinə daxil olan Köhnəqışlaq kənd sakini idi.

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini kobud surətdə pozmaqla növbəti dəfə təxribat törədib.

Xeberinmerkezi.az Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, iyunun 9-da cəbhənin Tərtər rayonu istiqamətində düşmən tərəfindən açılan atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Xəlilov Elşən Vüqar oğlu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir!

Xatırladaq ki, mayın 30-da erməni təxribatı nəticəsində Azərbaycan Ordusunun mayoru Aqil Akif oğlu Ömərov həlak olmuşdu.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə