Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

"Qarabağ"ın oyunçusu ÇL-da birincidir 

Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarından sonra ən çox qurtarış edən qapıçıların yenilənmiş siyahısı açıqlanıb.

Qol.az-ın yaydığı məlumata görə, "Qarabağ"ın qolkiperi İbrahim Şehiç yenə də sıralamaya başçılıq edir. Ağdam klubunun ÇL-də mübarizəni dayandırmasına baxmayaraq, bosniya və herseqovinalı qolkiperin qrup mərhələsi oyunlarındakı 35 "seyv"i onu ilk pillədə saxlayıb.

Şehiçi 32 qurtarışla "Maribor"un qapıçısı Yasmin Handanoviç və "Şaxtyor"un qolkiperi Andrey Pyatov izləyirlər. Məlumat üçün qeyd edək ki, "Maribor" klubu da turnirlə qrup mərhələsində vidalaşıb.

Ümumi sıralama isə bu cürdür:

1. İbrahim Şehiç ("Qarabağ") - 35
2. Yasmin Handanoviç ("Maribor") - 32
3. Andrey Pyatov ("Şaxtyor") - 32
4. İqor Akinfeyev (MOİK, Moskva) - 29
5. Alisson Bekker ("Roma") - 28

Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarından sonra ən çox qurtarış edən qapıçıların
Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə