Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Qarabağın statusu məsələsini o bağladı - Lavrov



Qarabağın statusu məsələsini Ermənistanın Baş naziri Nikol Paşinyan bağladı.

Xeberinmerkezi.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“2020-ci ilin noyabrında və ondan sonra imzalanan sənədlərdə Qarabağ ərazisi “Rusiyanın sülhməramlı kontingentinin məsuliyyət zonası” kimi göstərildi. Üç ölkənin liderləri arasında Qarabağla bağlı danışıqların davam etdirilməsi, status məsələsinin də müzakirəsi razılaşdırıldı.

2022-ci ilin payızında Makron Praqada Avropa siyasi icmasının konfransını keçirəndə bizim təəccübümüzü təsəvvür edə bilirsiniz? Onlar Azərbaycan və Ermənistanın Alma-Ata bəyannaməsinə uyğun olaraq bir-birinin ərazi bütövlüyünü tanıdığına dair sənədi təsdiqlədilər”.

Xatırladaq ki, 2022-ci il oktyabrın 6-da Praqada Nikol Paşinyan Qarabağın Azərbaycan ərazisi olduğunu tanımışdı.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə