Qaraçay-Çərkəz Respublikasında Qafqaz Xalqları Ali Dini Şurasının növbəti iclası keçirilib
28-02-2019 | 14:44

Azərbaycanla Şimali Qafqaz respublikaları arasında gözəl münasibətlər qurulub. Mövcud əlaqələr təqdirəlayiqdir”. Bu fikir Azərbaycan nümayəndə heyətinin Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasına səfəri çərçivəsində keçirilən görüşdə səslənib.
“Xalqlarımız arasında qarşılıqlı görüş və səfərlər ölkələrimiz arasında dostluq və qardaşlığın dərinləşməsinə, iqtisadi və mədəni-mənəvi əlaqələrin inkişafına xidmət edir”. Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Çerkesskdə Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasının başçısı Rəşid Temrezovla görüşdə belə dedi. Rəşid Temrezov isə Azərbaycana bu yaxınlarda etdiyi səfərin xoş təəssüratlarını bölüşdü. Tədbirdə Allahşükür Paşazadə Şimali Qafqaz və Azərbaycan xalqları arasında sülhün möhkəmləndirilməsi, dinlərarası münasibətlərin inkişafı və dostluğun dərinləşdirilməsi işinə verdiyi töhfəyə görə, “Qaraçay-Çərkəz Respublikası qarşısında xidmətlərinə görə” ordeni ilə təltif edildi.
Sonra Qafqaz Xalqları Ali Dini Şurasının növbəti toplantısı keçirildi. Şuranın budəfəki toplantısı Şimali Qafqaz müsəlmanları Əlaqələndirmə Şurasının sədri, Qaraçay-Çərkəz müftisi İsmayıl Berdiyevin 65 illiyi münasibətilə təşkil olundu. Tədbirdə prezident İlham Əliyevin yubilyara ünvanladığı təbrik məktubu oxundu. Məktubda bildirilir ki, Qafqaz xalqaları arasında mənəvi əlaqələrin qurulmasında İsmayıl Berdiyevin əvəzsiz xidmətləri var. Şuranın iclasında cari məsələlər, Qafqaz xalqlarının qarşılıqlı dostluq, qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi istiqamətində atılan addımlar da müzakirə olundu.
Azərbaycanla Şimali Qafqaz respublikaları arasında gözəl münasibətlər qurulub. Mövcud əlaqələr təqdirəlayiqdir”. Bu fikir Azərbaycan nümayəndə heyətinin Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasına səfəri çərçivəsində keçirilən görüşdə səslənib.