Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Qazaxıstanda silah-sursatla dolu Ermənistan nömrə nişanlı avtomobil saxlanıldı - VİDEO


Günlərdir iğtişaşların yaşandığı Qazaxıstanda silahla dolu olan Ermənistan nömrə nişanlı avtomobil saxlanılıb.

Avtomobildə üç kişi və uşaqlı qadın olub.

Ural şəhərində postda saxlanılan “Toyota” markalı avtomobilin sürücüsü əvvəlcə baqajı açmağa razı olmayıb. Şəxsi baxış zamanı sərnişinlərdən birində bıçaq aşkarlanıb.

Ətraflı axtarış zamanı avtomobildən çox sayda silah-sursat, qumbara, gözyaşardıcı qaz vasitələri, onlarla mobil telefon, planşetlər, smart saatlar və s. müsadirə edilərək götürülüb.

Mənbə: “Sputnik Kazaxstan” “Telegram” kanalıv

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə