Bakı-Qazax yolunda qəzaya düşən avtobusun sərnişinləri Qoridən gələn məktəblilər və onların valideynləri olub
Bakı-Qazax yolunda qəzaya düşən turist avtobusunun sərnişinləri orta məktəb şagirdləri və onların valideynləri olub.
APA-nın Gürcüstan müxbirinin verdiyi məlumata görə, Gürcüstanın Qori şəhərindən olan orta məktəb şagirdləri və onların valideynləri Bakıya ekskursiyaya yollanıblar.
Avtobusda olan 20 uşaq və 10 valideyn müxtəlif dərəcəli xəsarətlər alıb.
***
12:59
Bakı-Qazax yolunda sərnişin avtobusu “KamAZ” markalı yük maşını və “Mercedes” markalı avtomobillə toqquşub.
APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, avtobusda Tbilisidən Bakıya gələn 54 turist olub. Onlardan 20-yə yaxını xəsarət alıb.
Yük maşını və minik avtomobili ilə toqquşan avtobus yoldan çıxaraq kənardakı yaşıllıq zonasına girib.
Xəsarət alanlar Hacıqabul, Şirvan və Ələtdəki xəstəxanalara çatdırılıb.
***
12:27
Bakı-Qazax yolunda sərnişin avtobusu aşıb.
APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, hadisə Hacıqabul rayonun Atbulaq qəsəbəsi ərazisində qeydə alınıb.
Çoxyerli avtobusun “KamAZ” markalı yük maşını ilə toqquşaraq aşdığı bildirilir.
İlkin məlumata görə, çoxlu sayda xəsarət alan var.