Qusarda ağacların kəsilməsi iddiası ilə bağlı RƏSMİ AÇIQLAMA
Qusar rayonu Qalacıq kəndində ağacların kəsilməsi ilə bağlı sosial şəbəkədə yayılan məlumata Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə aydınlıq gətirib.
O, yerli KİV-lərin sorğusuna cavab olaraq bildirib ki, bir müddət əvvəl onlar tərəfindən sözügedən əraziyə baxış keçirilib və ərazinin bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi olduğu məlum olub.
“Faktla bağlı akt tərtib olunub və təqsirkarların müəyyən olunması və barələrində qanunamüvafiq tədbirlərin görülməsi üçün Qusar rayon Polis İdarəsinə müraciət edilib. Hazırda polis tərəfindən araşdırma aparılır, nəticələr əldə olunduqdan sonra ictimaiyyət məlumatlandırılacaq”, - deyə Xidmət rəisi bildirib.
H.Əlizadə onu da qeyd edib ki, pozuntuya yol vermiş şəxslər cəzalandırılacaq.