Qəhrəman Qazimiz vəfat etdi
Qarabağ döyüşlərinin iştirakçısı, gizir Qoşqar Hacıyev vəfat edib.
Qazinin ölümü barədə sosial şəbəkələrdə onun yaxınları məlumat veriblər.
Qoşqar Hacıyevin gecə saat 2:00 radələrində Ege Hospitalında keçindiyi xəbər verilir.
Xatırladaq ki, 2015-ci il sentyabrın 2-də təmas xəttində ağır yaralanan hərbçimiz uzun illər Türkiyədə müalicə alıb.