Qərbin təxribatları niyə alt-üst oldu?!
Ölkəmizdə keçirilən növbədənkənar prezident seçkiləri Qərbi və onun nökərlərini şok vəziyyətinə saldı. Xalq Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvəılərin Müzəffər Ali Baş Komandanını yenidən Prezident seçdi. Seçki azad, ədalətli və şəffaf keçdi. Xalq ailəliklə seçki məntəqələrinə gedir və öz namizədinə böyük sevinclə səs verirdi. Bir neçə seçki məntəqəsində isə təxribat yaratmaq istəsələr də buna nail ola bilmədilər. Kim idi bu təxribatları yaratmaq istəyənlər? “ Azadlıq “ radiosu, “Amerikanın səsi”, “Meydan TV”. “Toplum TV” və digər Qərbə nökərlik edən media qurumları və onların ölkəmizdəki əlaltıları. Onlar öz istəklərinə çata bilmədilər. Nəticədə isə özlərini müxalifət adlandıran Qərbin nökərləri dərin kədər hissi keçirməyə məruz qaldılar. Xalq isə 7 Fevralı Zəfər Seçkisi adlandırdı.
“ABŞ və Ermənistanın xalq artistakası, “görkəmli Makronyanşünas” , erməni lobbisinin siyasi aləti, möhtəşəm olmayan Sevinc Osmanqızı əlinin hər yerdən üzüldüyünü görüb bildirdi ki, Qərb İlham Əliyevi təbrik etməyib. Sevinc Osmanqızı bilməlidir ki, Qərbin təbrik etməsinə İlham Əliyevin ehtiyacı da yoxdur. Qərb möhtərəm Prezidentimizi təbrik etməsə də onun adamları-M. Saakaşvili və Ukrayna Prezidenti V. Zelenski İlham Əliyevi təbrik ediblər. Artıq dünyanın əksər ölkələrindən möhtərəm Prezidentimizə təbrik məktubları gəlməkdə davam edir. Yəqin ki, gec-tez Qərb də İlham Əliyevi təbrik edəcək.
Siyasi təlxəklərin lideri, Əli Kərimlinin trolu, “Qənimətnamə” əsərinin müəllifi Qənimət zahid isə seçicilərə bildirdi ki, cəhənnəmə səs verin. Qeyd edək ki, bu əxlaqsız , bivec Qənimət Zahid bütün Azərbaycan xalqını təhqir edir. Elə seçicilərdən biri mən və ailəm bildiririk ki , Qənimət Zahid özü cəhənnəmə getsin və həmişə yeri cəhənnəm olsun.
Əxlaqsız, savadsız və səviyyəsiz Tural Sadıqlı və onun kimiləri isə hələ də ermənilərin havadarı Makronyanın arxasını öpməkdə davam edirlər və Azərbaycana qarşı şər-böhtan atmaqda davam edirlər. Onların da arzu və istəkləri boşa çıxdı.
Çünki xalq öz Liderinə inanır. Onunla fəxr edir və həmişə edəcəkdir. Qərbin nökərləri olan Əıi Kərimli, Arif Hacıyev . Cəmil Həsənli və digərləri isə çoxdan xalqın gözündən düşüblər və düşməkdə davam edirlər. Bu şəxslər Azərbaycanın əleyhinə nə qədər çalışsalar da , bir şey əldə edə bilmirlər və bilməyəcəklər.
Azərbaycanın nüfuzu və qüdrəti artdıqca Qərbin nökərlərinin də dərdi artır. Azərbaycan xalqı fəxr edir ki, ölkəyə sülh uğrunda yorulmaz mübariz, Azərbaycanı və xalqı həddən artıq sevən İlham Əliyev kimi Güclü Lider ölkəyə rəhbərlik edir. Bundan sonra da Azərbaycan çiçəklənəcək. inkişaf edəcək və qüdrətlənəcək.
Qəzənfər QASIMOV, “Xalq qəzeti”