Rafael Dadaşov son mənzilinə belə yola salındı
Bu gün Xalq artisti Rafael Dadaşov torpağa tapşırılıb.
Xeberinmerkezi.az xəbər verir ki, mərhum aktyorla vida mərasimi koronavirusla bağlı mübarizə çərçivəsində Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən keçirilməyib.
Bu səbəbdən kiçik mərasim teatr və film ulduzunun Səbail rayonundakı evində təşkil olunub. Yasda tanınmış kino-teatr xadimləri, aktyor və aktrisalar, rəsmi şəxslər iştirak edib.
Rafael Dadaşov II Fəxri xiyabanda dəfn edilib.