Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Ramin Bayramlı: "Azərbaycanda koronavirusa yoluxmanın ikinci dalğası başlayıb"

R.Bayramlı bir daha qeyd edib ki, yoluxma sayının artması ikinci dalğanın göstəricisidir.

O, əlavə edib ki, sərt karantin rejimindən çıxdıqdan sonra dünya ölkələrinin məhdudiyyətlər tətbiq etməsi ilə bağlı müəyyən təcrübə var. Türkiyədə həftə sonlarında insanların küçəyə çıxmasına məhdudiyyət qoyulur: "Biz Azərbaycanda statistik məlumatları yaxından izləyirik. Ola bilsin, bayram günlərində və həftə sonları məhdudiyyətlərin tətbiq edilməsi üçün Operativ Qərargaha müraciət edəcəyik".

“İmtahanlarda bu tibbi göstərişlərə əməl olunmalıdır…”

Ramin Bayramlı bildirib ki,  sərt karantin rejimindən çıxma prosesi davam etsə, turizm sektoru hazırda açıqlanan tibbi göstərişlərə ciddi əməl etməlidir. R.Bayramlı eyni zamanda imtahanlarla bağlı danışıb. Bildirib ki, imtahanlar zamanı da əməl edilməli olan metodiki göstərişlər açıqlanıb. Həm Dövlət İmtahan Mərkəzi, həm ali məktəblər, həm də orta məktəblərin imtahanlarında bu tibbi göstərişlərə əməl olunmalıdır: "Şagird və valideynləri məsuliyyətli olmağa dəvət edirik. Valideynlərə indidən müraciət edirik ki, ali məktəblərə qəbul imtahanları keçiriləndə imtahan binalarının qarşısına toplaşmasınlar". 

Maskalara tələbat arta bilər

Ramin Bayramlı maskalardan kütləvi istifadənin tələbatın artmasına səbəb ola biləcəyini deyib. Onun sözlərinə görə, kifayət qədər maska ehtiyatı var: "Amma bu heç birimizə bəhanə kimi əsas vermir. Özümüz evlərdə parçalardan maskalar hazırlaya bilərik. Bununla bağlı təşviqat materialları yayımlanır. İctimai nəqliyyatda da maskalardan istifadə və dezinfeksiya halları vacibdir".

ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı bildirib ki, Azərbaycan koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində ilk günlərdən Ümümdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlıq edir: "İki dəfə Azərbaycan höküməti yardım üçün maliyyə ayırıb. Buna görə də ölkə rəhbərinə təşəkkür edirik".

Karantin qaydalarında yenidən sərtləşmə olacaqmı?

R.Bayramlı yoluxmanın ikinci dalğasının başlaması səbəbindən tədbirlərin yenidən sərtləşdiilməsi ilə bağlı sualı da cavablandırıb. Bildirib ki, karantin rejiminin yumşaldılması nəticəsində ikinci dalğanın baş verməsi gözlənilən idi. "Bugünkü statistikalar bizə onu deməyə əsas verir ki, təkrar sərt karantin rejiminə ehtiyac yoxdur. Metroda da sərnişinlər üçün xüsusi qaydalar müəyyənləşib”. Onun fikrincə,  vətəndaşlar məsuliyyət olmalıdır: "Ola bilər ki, dediyimiz kimi, bayram günləri və həftə sonları sərt karantin yenidən tətbiq olunsun”.

65 yaşdan yuxarı vətəndaşlarla bağlı qərar veriləcək                       

65 yaşından yuxarı şəxslər hələ də evdən çölə çıxa bilmirlər. R.Bayramlı  o kateqoriyadan olan insanlarla bağlı suala da cavab verib. Biildirib ki, yaxın günlərdə həmin şəxslərlə bağlı qərar  verilə bilər.

"Bu, gündəmdədir. Amma bu, bizim vətəndaşların böyüklər üçün sosial məsafəyə riayət etməsindən və məsuliyyətli olmasından asılıdır. Bununla bağlı Operativ Qərargah qərar verəcək”, - Ramin Bayramlı vurğulayıb.

Restoran və kafelər nə vaxt açılacaq?                      

Rayonlarda artıq restoranlar və kafelər fəaliyyətə başlayıb. Bəs restoran və kafelərin fəaliyyətinə Bakıda nə vaxt icazə veriləcək? 

R.Bayramlı bu sualı cavablandırarkən deyib ki, kafe və restoranlar uzun müddət bağlı qala bilməz: "Statistik məlumatlara əsasən, buna qərar verə bilərik. Hazırda ikinci mərhələni yaşayırıq, bu mərhələ üçün də qaydalar var. Bu qaydalara əməl etməsək, yoluxma çox sərt şəkildə arta bilər. Restoranlar və kafelərlə bağlı yaxın günlərdə açıqlama veriləcək".

***17:02

Bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın KİV nümayəndələri üçün növbəti brifinqi keçirilir.

Vırtualaz.org xəbər verİr kı, bu dəfə mətbuat konfransında Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı iştirak edirlər.


Onlar Azərbaycanda koronavirusla bağlı son məlumatları çatdırırlar.

Ramin Bayramlı deyib ki,  “6-12 apreldə koronavirusa yoluxma ilə bağlı pik qrafik müşahidə olunub”.

O bildirib ki, sərt karantin rejimindən çıxdıqca ikinci dalğaya doğru bir artım gözlənilir: “Biz bu dalğaya əvvəlcədən hazırıq. Bütün elmi-statistik təhlillər göstərir ki, ikinci dalğanı yaşayacağıq”.


Ölkə üzrə koronavirusa yoluxma faizi

TƏBİB-in İdarə Heyətinin sədri bildirib ki, Bakıda koronavirusa yoluxma 47,5 faiz, Gəncə-Qazax regionunda 13,5 faiz, Aran regionunda 10, 2 faiz, Lənkəran regionunda 9,4 faiz olub. Xaricdən gələnlərin isə yoluxmada xüsusi payı 9,1 faiz təşkil edib.

R. Bayramlı deyib ki, xaricdən gələnlərin yoluxmada payının 9.1 faiz olması xaricdən gətirilənlərin karantin rejiminə yerləşdirilməsinin vacib olduğunu göstərir: “Bakıda ən çox yoluxma Yasamal və Nəsimi rayonlarında qeydə alınıb”.

Virusdan ölənlərin yaş həddi

Ramin Bayramlı vəfat edənlərin yaş göstəricilərini də açıqlayıb. Bildirib ki, 40-49 arasında bir nəfər  vəfat edib, o, uzun sürən xəstəlikdən əziyyət çəkib. Vəfat edənlərin 43 faizi 60-69 yaş, 14 faizi 70-79 yaş arasındadır.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə