Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Ramiz Mehdiyevin qohumu niyə saxlanıldı? - DİN

AMEA prezidenti katibliyinin rəisi Eldar Əmirov Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Xəbərin Mərkəzi.az xəbər verir ki, DİN Mətbuat xidmətinin rəisi polis polkvniki Ehsan Zahidov Report-a açıqlamasında məlumatı təsdiqləyib.

O bildirib ki, Eldar Əmirov DİN-ə daxil olmuş bir məlumatın araşdırılması məqsədi ilə saxlanılıb:

“Hazırda araşdırmalar davam etdirilir”.

Qeyd edək ki, Eldar Əmirov AMEA prezidentliyindən istefa vermiş R.Mehdiyevin baldızı oğludur. O, R.Mehdiyevin köməkçisi də olub.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə