Rep ifaçısı 24 milyon dollarlıq brilyant implant qoydurdu
Amerikalı rep ifaçısı Lil Uzi Vert alnına 24 milyon dollarlıq çəhrayı brilyant implant qoydurub.
Bu barədə “Esquire” xəbər yayıb.
“Gözəllik ağrıdır”, - deyə musiqiçi “Instagram” hesabında yazıb.
O, bu qiymətli daş üçün 2017-ci ildən bəri pul yığdığını deyib.
Sosial şəbəkələrdə Lil Uzi Vertin ekstravaqant hərəkəti birmənalı qarşılanmayıb: bəzi pərəstişkarları rep ifaçısının bəzəyi və cəsarətindən məmnun qalsa da, bəziləri bunu dəlilik sayıb.