Respublikamızda həkim-mütəxəssislərin rezidentura səviyyəsində hazırlığına 2011-ci ildən başlanmışdır. Rezidentlərin hazırlığı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 noyabr 2013-cü il 330 nömrəli qərarı ilə yeni redaksiyada təsdiq olunmuş “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”na uyğun olaraq, ixtisaslar üzrə təhsil proqramları əsasında 40 ixtisas üzrə iki ildən beş ilədək müddətə aparılır.
Rezidenturaya qəbul Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi) tərəfindən həyata keçirilir.
Hazırda 40 klinik bazada rezidentlərin hazırlığı həyata keçirilir. Rezidentlərin hazırlığı onların peşə kompetensiyalarına yiyələnməsinə birbaşa cavabdeh olan kuratorların rəhbərliyi və nəzarəti altında praktiki tibbi fəaliyyət, simulyasiya, nəzəri məşğələlər, sərbəst öyrənmə və sair üsullarla həyata keçirilir. Rezidentlər həmçinin elmi-tədqiqat fəaliyyətlərinə cəlb olunurlar; onlar üçün elmi-praktiki konfranslar təşkil olunur.
Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda rezidentlərin – həkim-mütəxissislərin hazırlığı 2011-ci ildən başlanılıb. Müəssisədə rezident həkim-mütəxəssislərin hazırlığı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən baza kimi müəyyən edilmiş təhsil, elm müəssisələrində və digər aparıcı klinikalarda aparılıb.
2017-ci ildə 11 rezident həkim-mütəxəssis öz hazırlığını bitirib. Onlardan “Mamalıq və ginekologiya” ixtisası üzrə 6 nəfər, “Anesteziologiya və reanimasiya” ixtisası üzrə - 3 nəfər, “Genetika” ixtisası üzrə - 2 nəfər.
Hazırda ET-da 33 rezident həkim-mütəxəssisin hazırlığı aparılır. Onlardan “Mamalıq və ginekologiya” ixtisası üzrə 22 nəfər, “Anesteziologiya və reanimasiya” ixtisası üzrə - 2 nəfər, “Pediatriya” ixtisası üzrə - 9 nəfər.
Həkim-mütəxəssislərin ixtisas üzrə hazırlığına müəssisənin rəhbərliyi tərəfindən təyin olunmuş və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş elmi dərəcəsi, elmi adı olan və ya elmi dərəcəsi, elmi adı olmayan yüksəkixtisaslı mütəxəssis (rəhbər-kurator) cavabdehdir. Hər bir kuratora, iki nəfərdən çox həkimə, eyni zamanda rəhbərlik etməyə icazə verilmir.
ETMGİ-nin rezidentləri müxtəlif şöbələrin – 1-ci və 2-ci Mamalıq, Zahılıq, Ginekologiya, Poliklinika, Yenidoğulmuşların reanimasiya və intensiv terapiya, Anesteziologiya və Reanimasiya şöbələrin gündəlik kliniki fəaliyyətində aktiv iştirak edirlər. Elmi-tədqiqat işin yazılması imkanı yaradılıb və aparılır.
Eyni zamanda təhsil zamanı rezidentlər üçün xarici ölkələrdə (Türkiyə, Almaniya) təcrübə toplamaq və ixtisas artırma kursları da Səhiyyə Nazirliyi tərəfindən təşkil olunub.
Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı