Roma Papasının analizlərinin nəticəsi məlum oldu
Roma Papası Fransiskin koronavirusla əlaqədar analizlərinin nəticələri mənfi çıxıb.
Xəbəri “Il Messaggero” qəzeti nəşr edib.
Müqəddəs Taxtın mətbuat xidməti isə xəbəri şərh etməyib.
Qeyd edək ki, Roma Papası Fransisk soyuqdəymə ilə əlaqədar ənənəvi dini müzakirə həftəsində iştirak etməyib.