Rus rublu çökdü: Rusiya iqtisadiyyatında ağır vəziyyət...
Rusiyada dolların kursu artıq 73,37 rubla qalxıb ki, bu da 2016-cı ilin martından sonra ən yüksək göstəricidir.
Avro Rusiyada 2016-cı ilin fevralından sonra ilk dəfə bu gün 83,02 rubla yüksəlib.
BKF Bankının analitik idarəetmə mərkəzinin rəhbəri Maksim Osadki bildirib ki, neftin barrelinin 30 dollar civarında olması Rusiya iqtisadiyyatını krizisə salacaq.
Qeyd edək ki, bu gün dünya birjalarında neftin qiyməti kəskin əkildə ucuzlaşıb.