Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Rusiya daha bir beynəlxalq idman turnirindən məhrum edildi

Rusiyada 44-cü Şahmat Olimpiadası keçirilməyəcək. Bu qərarı Beynəlxalq Şahmat Federasiyası verib.

"FİDE Şurası 44-cü Şahmat Olimpiadasının, o cümlədən fiziki məhdudiyyətli oyunçular arasında yarışlarının, eləcə də FİDE Konqresinin Rusiyada keçirilməməsi barədə qərar qəbul edib.

Biz olimpiadanın başqa təşkilatçısını tapmaq və FİDE-nin 2022-ci il Konqresinin keçirilmə yeri və tarixləri barədə vaxtında məlumat vermək üçün əlimizdən gələni edəcəyik".

Xatırladaq ki, 2022-ci ildə Şahmat Olimpiadası iyulun 26-dan avqustun 8-dək Moskvada keçirilməli idi.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə