Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Rusiya Facebook-a giriş məhdudlaşdırılır

Roskomnadzor Rusiya ərazisində "Facebook" sosial şəbəkəsinə girişi məhdudlaşdırmaq qərarına gəlib. Bu barədə qurumun press-relizində deyilir.

Qeyd olunur ki, fevralın 24-də “Facebook” sosial şəbəkəsi Rusiyanın dörd media orqanının rəsmi hesablarını məhdudlaşdırıb: “Zvezda” telekanalı, "RİA Novosti" xəbər agentliyi, "Lenta.ru" və "Gazeta.ru" xəbər saytları.

Cümə günü, fevralın 25-də Rusiya Baş Prokurorluğu Rusiya Xarici İşlər Nazirliyi ilə razılaşaraq, qərara gəlib ki, "Facebook" sosial şəbəkəsi "əsas insan hüquqları və azadlıqlarını pozur".

“Baş Prokurorluğun “Facebook” ilə bağlı qərarına uyğun olaraq, 25 fevral 2022-ci il tarixindən etibarən Roskomnadzor sosial şəbəkəyə girişin qismən məhdudlaşdırılması üçün tədbirlər görür”, - press-relizdə deyilir.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə