Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Rusiya işğalçı qüvvələri Kiyev ətrafındakı Buça şəhərində belə darmadağın edildi

Bu gün günorta saatlarında Kiyev vilayətinin Buça şəhərinə daxil olan Rusiya işğalçı qüvvələri Ukrayna ordusu tərəfindən tamamilə darmadağın edilib. virtualaz.org xəbər verir ki, şəhərə daxil olmuş 30-a yaxın Rusiya döyüş texnikasından salamat qalanı yoxdur və onlar havadan, yaxud qurudan endirildiyi dəqiqləşməyən şiddətli zərbələrdən sadəcə olaraq metal yığınına çevriliblər. Yerli sakinlərdən birinin döyüşdən sonra işğalçıları söyərək və lənətləyərək mobil telefonla çəkdiyi kadrlara əsasən şəhərə girən Rusiya qüvvələrindən geriyə ancaq bu mənzərə qalıb:

(Qeyd: videoda normativ olmayan leksikon var)

***

Az əvvəl Kiyev ətrafındakı Buça şəhərinə Rusiya işğalçı qoşunları daxil olub. Ukrayna prezidentinin Ofisinin yaydığı məlumata görə şəhərə 30-ya yaxın Rusiya texnikası girib, yerli sakinlərdən biri “Molotov” kokteyli ilə onlardan birini yandırıb. Hazırda döyüşlər gedir, rusların açdığı atəş nəticəsində bəzi yaşayış evlərində yanğın başlayıb.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə