Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Rusiya Paşinyanın Bakıya təklifini şərh etdi



Rusiya Cənubi Qafqazda sabitliyin və dayanıqlı uzunmüddətli sülhün bərqərar olmasının ən yaxşı təminatını 2020-2022-ci illər ərzində ali səviyyədə əldə edilmiş üçtərəfli sazişlər kompleksinin tezliklə icrasının bərpasında görür.

Xeberinmerkezi.az xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova İrəvanın “hücum etməmək haqqında paktı” imzalamaq təklifini şərh edərkən deyib.

“Bu, Bakı və İrəvan arasında barışıq üçün alternativ olmayan yol xəritəsidir və o, digər məsələlərlə yanaşı, sülh müqaviləsinin hazırlanmasını da əhatə edir”, - Zaxarova bildirib.

Qeyd edək ki, Paşinyan Bakı və İrəvan arasında sülh sazişinin imzalanması gecikəcəyi təqdirdə bir-birinin ərazisinə təcavüz etməmək haqqında müqavilə bağlamağı təklif edib.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə