Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Rusiya səfiri ABŞ-a qayıdır

Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov bu ayın sonuna kimi Vaşinqtona qayıdacaq.

Xeberinmerkezi.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

“Anatoli İvanoviç prezidentdən birbaşa komanda gəldiyindən çamadanlarla oturub. Fikrimcə, ayın sonuna kimi Antonov Vaşinqtona qayıdacaq”, - Ryabkov bildirib.

Qeyd edək ki, Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov Vaşinqtonu martın 20-də tərk edərək məsləhətləşmək üçün Moskvaya qayıtmışdı.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə