Rusiya Türkiyə ilə aviareysləri bərpa etməyəcək
Rusiya Türkiyəyə tətbiq etdiyi aviaəlaqə məhdudiyyətini iyunun 1-dən sonra da saxlayacaq.
Xeberinmerkezi.az xəbər verir ki, bu barədə TASS Operativ Qərargahdakı mənbələrə istinadla məlumat yayıb.
“Türkiyəyə uçuşlara qoyulan qadağanın müddəti uzadıldı”, - məlumatda bildirilib.
Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının kəskin artması ilə əlaqədar Türkiyədə ilə müntəzəm və çarter uçuşlarının aprelin 15-dən iyunun 1-nə kimi dayandırmışdı.