Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Rusiya və NATO generalları Bakıda görüşdü - FOTO


Bakıda Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi-Müdafiə nazirinin birinci müavini ordu generalı Valeri Gerasimov və NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı Tod Volters görüşüb.

Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşün mövzusu böhranlı regionlardakı vəziyyət və strateji sabitlik olub.

Həmçinin, generallar arasında hərbi fəaliyyət zamanı baş verə biləcək insidentlərin hərbçilərin xətti ilə qarşısının alınması üçün addımlar müzakirə edilib.


Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə