Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Rusiyada bir ailənin üç üzvü qətlə yetirildi


Rusiyanın Omsk vilayətində fərdi yaşayış evindən valideynlərin və 2011-ci il təvəllüdlü uşağın meyiti aşkar edilib.

Bu barədə vilayət prokurorluğunun saytında məlumat verilib.

İlkin məlumata görə, onların ölümünə bıçaq xəsarətləri səbəb olub.

Daha iki uşaq qonşulara qaçaraq sağ qalıb. Hazırda şübhəlinin axtarışları davam etdirilir.

Həyatını itirən 10 yaşlı qız uşaqlıqdan əlil olub. İlkin məlumata görə, 38 yaşlı atası və 35 yaşlı anası onun gözləri önündə öldürülüb. Qadının meyiti dəhlizdə tapılıb.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə