Rusiyada COVID-ə yoluxma sayında yenidən artım
Rusiyada son sutkada 40 993 nəfər COVID-ə yoluxub.
Bu, pandemiyanın başlanmasından indiyədək qonşu ölkədə qeydə alınan ən yüksək göstəricidir.
Ötən 24 saat ərzində 1158 nəfər virusun qurbanı olub.
Həmçinin, 27 115 nəfər sağalaraq adi həyat tərzinə qayıdıb.