Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Rusiyada dəhşətli qəza: İki Su-34 toqquşdu

Rusiyada 2 qırıcı-bombardmançı Su-34 təyyarəsi toqquşub.

Axar.az xəbər verir ki, bu məlumatı TASS agentliyi yayıb.

Məlumata görə, insident Uzaq Şərqdə baş verib.

***

Son məlumata görə, təyyarələrdən biri toqquşmadan sonra dənizə düşüb.

Axtarış tədbirlərinə başlanılıb. Pilotların taleyi naməlumdur.

Bir pilotun katapult etdiyi bildirilir.

***

Rusiya Müdafiə Nazirliyi Su-34 təyyarələrinin toqquşması ilə bağlı məlumat yayıb.

“Hər iki təyyarənin pilotu katapult edə bilib. Təyyarələr uçuşu döyüş sursatı olmadan həyata keçiriblər. An-12 təyyarəsi və iki Mi-8 helikopteri pilotların düşdükləri ərazilərdə axtarış-xilasetmə əməliyyatlarına başlayıb”, - nazirlikdən bildirilib.

***

Xilasedicilər 2 pilotun cəsədini aşkarlayıblar.

Bu barədə RİA məlumat yayıb.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə