Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Rusiyanın adı dəyişdirilir? - Zaxarova açıqlayıb



Ukrayna hakimiyyətinin Rusiyanın adının dəyişdirilərək “Moskovi” olması ilə bağlı fikirləri onların “antirusiya” yaratmağa çalışdığına sübutdur.

Xeberinmerkezi.az Publika.az-a istinadən xəbər verir ki, bu fikri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Diplomat əlavə edib ki, Vladimir Zelenskinin administrasiyası gündəlik olaraq Rusiyanın öz təşəbbüslərində haqlı olduğunu təsdiqləyir.

Bundan əvvəl Ukrayna prezidenti Nazirlər Kabinetinin rəhbərinə Rusiyanın adının “Moskovi” olaraq dəyişdirilməsi imkanlarına baxmağı tapşırmışdı. Müraciətdə, həmçinin Zelenski “rus dili” ifadəsini “Moskva”, “Rusiya Federasiyası” ifadəsini isə “Moskva Federasiyası” ilə əvəz etməyə çağırıb.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə