Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut
"Rusiyanın gələcəyinin 3 ssenarisi: totalitarizm, kollaps, parçalanma..." - Avropa Parlamenti

"Rusiya Ukraynada müharibədən sonra hərbi, iqtisadi və geosiyasi cəhətdən zəifləyəcək, lakin ölkədə demokratik dəyişikliklərin perspektivi xeyli uzaqdadır..."
 
"Putin rejimi özünün şişirdilmiş versiyasına təkamül edəcək..."
 
"Yalnız Putinin yeni fiqurla əvəzlənməsilə rejimin iflasından yan keçmək olar..."
 
"Kollaps baş verəcəyi təqdirdə Priqojin və Kadırov kimiləri ölkənin liderləri ola bilər..."
 
"Rusiyada Navalnı kimi müxalifət liderlərinin rəhbərliyi ilə əsl hakimiyyət dəyişikliyi baş verə bilər..."
 
Avropa Parlamenti müharibədən sonra Rusiyada nələrin baş verəcəyini proqnozlaşdırıb.
 
Moderator.az xəbər verir ki, bu barədə parlament analitiki və politoloqu Anna Kaprile ölkənin gələcəyinin üç ssenarisinin səsləndirildiyi məruzə təqdim edib, bu barədə "Deutsche Welle"  ("Alman dalğası") qəzeti yazıb.
 
Məruzə müəllifinin fikrincə, Ukraynada müharibədən sonra Rusiya hərbi, iqtisadi və geosiyasi cəhətdən zəifləyəcək, lakin Rusiya Federasiyasında demokatik dəyişikliklərin perspektivi xeyli uzaqdadır və ölkəni baş tutmayan "nəhəng Şimali Koreya" imperiya aqibəti  gözləyəcək.
 
Birinci ssenari - totalitarizm
 
Kaprilenin sözlərinə görə, bu ssenari indi gerçəkləşir. Rusiya prezidenti Vladimir Putinin rejimi özünün şişirdilmiş versiyasına təkamül edəcək. Bundan sonra ölkədə daha qəddar repressiyalar başlayacaq, hərbi vəziyyət elan ediləcək, bu da federal və regional hakimiyyətə müharibənin tələblərinə cavab verməyə imkan verəcək, onların arasında səfərbərliyin yeni dalğası da var. Paralel olaraq, hər şeydən öncə gənclərə hesablanan ideoloji işləmələr proqramları sürətlə yeridilməyə başlayacaq.
 
Onsuz da ifrat mərkəzçi və ifrat avtoritar rejimin güclənməsi Kreml tərəfindən xüsusilə döyüş meydanında ölümcül nəticələri olan qərarların qəbul edilməsi prosesinin iflicinə gətirib çıxara bilər.
 
İkinci ssenari - kollaps
 
Politoloqun fikrincə, hadisələrin bu inkişaf variantına hərbi uğursuzluqlar və böhranlar, əhalinin haqsız qrupları və regionlarda tərk edilmə hissinin artması gətirib çıxara bilər. Bu, təkcə regional və iqtisadi elitaların dəstəyini deyil, həm də əhalinin hazırki rejimə etimadını sarsıdacaq.
 
Yalnız Putinin yeni fiqurla əvəz edilməsilə rejimin iflasından yan keçmək olar. Xüsusi xidmət orqanlarının xeyir-duası ilə yeni təyin ediləcək şəxs Putinin təşəbbüsü, onun razılığı və ya Rusiya prezidentinin sağlamlığında yalançı və ya gerçək problemlərin əsasında siyasi manevr edərək, Rusiyanı dalandan çıxara bilər.
 
Lakin Kaprile ehtiyat edir ki, Putinin əvəzlənməsi həyata keçirilməyə bilər-ya hakimiyyət uğrunda vuruşan tərəflər bir-birinə maneçilik törədəcək, ya da o məqamda müharibəni davam etmək mümkün olmayacaq. Belə olan halda Anna Kaprile güman edir ki, kollapsdan sonra idarəedilməz xaos yaranacaq, bu zaman Yevgeni Priqojin və Ramzan Kadırov kimi hərbiləşdirilimiş birləşmələrin rəhbərləri ölkənin liderləri ola bilər.
 
Üçüncü ssenari - parçalanma
 
Bundan sonra vəziyyət əks istiqamətlərdə inkişaf edə bilər və ya Aleksey Navalnı kimi tanınmış müxalifət liderlərinin rəhbərliyi ilə əsl hakimiyyət dəyişikliyinə, ya da hərbi ritorikanın vüsət alması nəticəsində ifrat sağ hərəkatların yüksəlişinə gətirib çıxara bilər. Və bu, öz növbəsində az ehtimal edilən, amma son dərəcə təhlükəli üçüncü ssenariyə-Rusiya Federasiyasının parçalanmasına gətirib çıxara bilər.
 
Politoloq hesab edir ki, bu, Ukrayna üçün daha aydın olan ssenaridir. Müharibə və qeyri-müəyyənliyə rəğmən, Ukrayna üçün yol açılıb: Avropa İttifaqı ona daxil olmaq üçün namizədlik statusu verib. Hələlik, Ukraynanın Avropa İttifaqının üzvü ola biləcəyi və bunun nə dərəcə mürəkkəb olacağı bəlli deyil, lakin, Rusiyadakı vəziyyətdən fərqli olaraq, bu, konkret ssenaridir.
Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə