Rusiyanın zirehli texnikası minaya düşdü: ölən var
Suriyanın Hasekə əyalətində Rusiyaya məxsus zirehli texnikanın minaya düşməsi nəticəsində bir hərbçi ölüb, 3-ü isə yaralanıb.
Xeberinmerkezi.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Yaralıların xəstəxanaya yerləşdirildiyi bildirilib. Onların həyati təhlükəsi yoxdur.