Ruslara daha bir zərbə: 80 ölü və yaralı var
Ukrayna ordusu yanvarın 3-də rusların Zaporojye vilayətinin Tokmak rayonundakı mövqelərinə zərbələr endirib.
Bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
“Yanvarın 3-də Zaporojye vilayətinin Tokmak rayonu ərazisində işğalçıların canlı qüvvəsi və hərbi texnikasının cəmləşdiyi əraziyə zərbələr endirilib. Düşmənin 80-ə yaxın ölü və yaralısı var”, - məlumatda qeyd olunub.